Yaşadığımız yerlər, şəhərlər, evlərimiz, ofislərimiz bizim koqnitiv funksiyalarımıza, emossiyalarımıza təsir edir. Məsələn, əgər evimizin tavanı yüksəkdirsə, bu bizə azadlıq duyğusunu verir, yaradıcılığımızı artırır. Hitler insanları ona görə dar və uzun otaqda qarşılayırdı ki, bu onlarda qorxu yaradır, Hitleri isə əzəmətli göstərirdi.
Çörçil deyir ki, “Əvvəl biz binaları, sonra isə binalar bizi formalaşdırır. “
20 Yanvar saat 19.30-da komandamız “Neyroarxitektura nədir?” adlı webinar təşkil edəcək. Vebinarın spikeri Tülay Karakaşdır. Tülay Karakaş İstanbul Texniki Universitetində PhD namizədli arxitekt tədqiqatçıdır. O, “ Neyroelmin eksperimantal çərçivəsi ilə ətraf mühit-davranış nəzəriyyələrini yenidən oxumaq“ , “Neyroelmin yanaşması ilə qurulmuş mühitin insan təcrübəsinə təsirinin araşdırılması” kimi məqalələrin müəllifidir.
Çox maraqlı seminar linkini bio-dan əldə edə, direktə yaza bilərsiniz.
Dostlarınızla da paylaşın ki, müxtəlif məkanlarda davranışlarımızın səbəblərini birlikdə öyrənək.
https://www.instagram.com/p/Cnmt-k6r6d5/?igsh=dWpmcjZnNXh1ajl3
Comments