
“Rəqəmsal əsrdə alternativ təhsil”
Neyroelm Platforması
Platformamız 2022-ci ildə yaradılmışdır. Platformanın məqsədi təbiət ixtisaslarında tədris alan və neyroelm və onun tətbiq sahələri ilə məşğul olmaq istəyənlərə dəstək olmaqdır. Neyroelm platforması tələbələr üçün həm tədris, həm də araşdırma layihələrində dəstək verməkdədir. Fəaliyyət spektrimiz seminarlar, kurslar, araşdırma və sənayeyə dəstək layihələrindən ibarətdir.
Seminarlar
Seminarlarımız həm neyroelm, molekulyar biologiya metodları, siRNA-ların əzələ itirilməsində tətbiqi kimi elmi, həm də elmi karyera planlamaq, yaxşı tədqiqatçıların xüsusiyyətləri mövzusunda ümumi xarakterli olur.
Vebinarlar
Azərbaycanda yaşamayan, lakin bizim tələbələr üçün öz təcrübələrini paylaşmaq istəyən həmvətənlərimiz, eləcə də ixtisasında söz sahibi olan xarici alimlər və sənayenin öncülləri ilə baş tutur.
Layihələr
Azərbaycanda neyroelmin, eləcə də təbiət elmlərinin daha böyük kütləyə çatdırılmasını, bu sahələrdə inkişafın əldə edilməsini hədəfləyən layihələrdir.
Kurslar
Neyroelm platforması Neyroelm, Bioinformatika, (Tibbi) Biokimya, Molekulyar Biologiya, Xərçəng Biologiyası, Histologiya, Neyromarketinq, Neyrorobotika kimi kurslar təqdim etməkdədir.