Bu ay möhtəşəm tədbirlə yekunlaşır – Bakı Dövlət Universitetində neyroelmə həsr edilmiş seminar keçirəcəyik. Bu sahənin tələbələr arasında yayqın olmamasının ən önəmli səbəblərindən biri də bu sahədə fəaliyyətlərin az olmasıdır. Neyroelm.az olaraq bu ilk-i Bakı Dövlət Universitetində edirik.
@youthfundaz -ın dəstəyi ilə keçirilən tədbirin birinci hissəsində yeni neyronların yaranması mexanizmi və kimyəvi stimullara həssas neyronların miqrasiyası haqqında danışılacaq. Seminarın ikinci hissəsi zamanı neyroelm, onun tətbiqləri barədə geniş məlumat veriləcək, müasir dünyada bu sahəyə nə qədər ehtiyac olduğu barədə danışılacaq. Neyroelm.az saytının təqdimatı, gələcək hədəflər və tələbələr üçün bu və əlaqəli sahələrdə təqdim edəcəyimiz inkişaf şansları barəsində danışılacaq.
https://www.instagram.com/p/Cmjzh97NAvJ/?igsh=d3hiNWhkcGpoNGVy
Comments