Neyro Jurnal aylıq dərc edilən onlayn jurnaldır. Jurnalda məqalələr tezis, tərcümə və icmal məqaləsi olmaqla 3 istiqamətdə qəbul edilir. Məqalələr həm neyroelm və onun müxtəlif sahələrə (arxitektura, robotika və s.), həm də biologiyanın digər sahələrinə aid olur. Məqalələr azərbaycan və ingilis dillərində qəbul edilir.
Siz də Neyro Jurnalda öz məqalənizi dərc etdirmək istəyirsinizsə, tələbləri oxuyun və məqalənizi email ilə göndərin.
Məqalələrin yazılış formatları, şriftlərin ölçüsü üçün qaydaları bu yazının sonunda tapa bilərsiniz.
Tərcümə (informativ) məqalə tələbləri:
- Məqalənin götürüldüyü mənbə dəqiq göstərilməli
- İstifadə edilən tərcümə alətləri göstərilməli
- Məqalə anlaşılan dildə yazılmalı, tam şəkildə elmi və ədəbi redaktə edilməli
- Məqalə ilə birlikdə çap edilməsi arzulanan fayllar (şəkil, video və s.) tam keyfiyyətdə məqalə ilə eyni zamanda göndərilməli
- Referanslar APA üslubunda yazılmalıdır
Elmi icmal məqaləsi üçün tələblər:
- Məqalədə istifadə edilən fikirlərin götürüldüyü mənbələr dəqiq göstərilməli
- İstifadə edilən tərcümə alətlət göstərilməli
- Məqalə anlaşılan dildə yazılmalı və redaktə edilməli
- Məqalə ilə birlikdə çap edilməsi arzulanan fayllar (şəkil, video və s.) tam keyfiyyətdə məqalə ilə eyni zamanda göndərilməli
- Referanslar APA üslubunda yazılmalıdır
Məqalələrinizi neyroelmakademi@gmail.com ünvanına istifadə olunan fayllarla birlikdə göndərə bilərsiniz. Məqalələr yalnız word formatında qəbul edilir. Məqalənin göndərildiyi faylın əvvəlində ad, soyad, universitet, ixtisas, kursunuzu yazmağı unutmayın. Bir neçə şəxs birlikdə bir məqalə göndərə bilər. Məqalə göndərərkən email-in mövzu hissəsində məqalənin mövzusunu yazmağı unutmayın.
Neyro Jurnala üzv ol
https://forms.gle/j68Q2nAAPhD1kmkRA: Neyro Jurnal