Neyromarketinqdə trendlər

Dostlar, salam,

Sizinlə ilk müjdəni paylaşırıq.

Platformamızın artıq ilk partnyorları ilə vebinarlar keçirəcəyik. Çox möhtəşəm hissdir ki, ölkədə müsbət dəyişikliklərin başlanğıcını qoyuruq.

@techmark.az ilə birlikdə təşkil edəcəyimiz vebinar haqqında ⬇️

Müştəri davranışlarını anlamaq üçün elmi əsaslarla biznes praktikasını birləşdiririk! Neyromarketinq vebinarımız sizə Neyroelm təcrübəsinə malik beynəlxalq mükafatlı konsultantla istehlakçı davranışlarını anlamağa imkan yaradacaq.

Vebinarda biz beynimizin işləmə mexanizmi ilə tanış olaraq aşağıdakı suallar üzərində müzakirə aparacağıq:

  • Müştərilər necə qərar verir? Qərar alma mexanizmləri nələrdir?
  • Müştəriləri davranışını araşdırma metodları
  • Neyro elm bizə müştəri qərarlarına təsir etməkdə necə kömək edir?

Təlimçi haqqında:

Seda GENÇ @seda_neuromar
Neurons Inc. Türkiyə və Yaxın Şərq üzrə partnyoru
Beynəlxalq mükafatlı Neyromarketinq konsultantı

✅ 14 illik təcrübəyə malik Neyromarketinq mütəxəssisidir.
✅ IBM Türkiyə üzrə Brend və rəqəmsal marketinq meneceri kimi çalışıb
✅ 2017-ci ildən dünyanın ən böyük neyromarketinq şirkətlərindən biri olan Neurons Inc-in Türkiyə və Yaxın Şərq üzrə təmsilçisidir.
✅ 2020 Stevie®️ Awards Elmdə İnnovasiya kateqoriyasında Golden Stevie®️ mükafatını qazanaraq, Türkiyəyə neyromarketinq üzrə ilk beynəlxalq mükafatı gətirib.
✅ Harvard Business Review Türkiye jurnalının müəllifidir.
✅ Neyromarketinq sahəsində Türkiyənin ən qabaqcıl mütəxəssislərindəndir.

Qeydiyyat üçün aşağıdakı formu doldurmanız kifayətdir:

https://forms.gle/TPW3WQqVcsnTWgYa8

https://www.instagram.com/p/CrBV-xlNhX9/?igsh=MTdsOGRuNW1sZzBzdg==


Posted

in

by

Comments

Şərh yazmaq üçün daxil olun.